sorğu
Bərdə bələdiyyəsi oktyabr ayı üzrə nəzərdə tutulmuş abadlıq və təmir işlərinin icrasına başlayıb. Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb. Məlumatda qeyd edilir ki, şəhərin Heydər əliyev prospektində olan “şəhidlər bulağı”nın dağılmış ağlay örtüyü yenilənmiş, qarşısındakı bardür və səkilər təmir olunmuşdur.
Bununla yanaşı “Bayraq meydanı”nın Heydər əliyev prospektində və Bakı küçəsində olan yolkənarı bardürləri və ağlay örtüyü təmir olunub.
Gün ərzində şəhərin digər prospekt və küçələrində işıq dirəkləri təmir olunub və elektrik avadanlıqları yeniləri ilə əvəz olunub.
Belediyye.info
|
|
|
|
|
|
|